GəncMİİB İstanbul Point Hoteldə Türkiyə Respublikasında mühəndislik təhsili alan tələbələr üçün tədbir təşkil etdi


19 aprel 2014-cü il tarixində “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB) Türkiyə Respublikasının universitetlərinin mühəndislik fakültələrində oxuyan tələbələrin iştirakı ilə “Azərbaycanda Mühəndislik İmkanları” adlı tədbir təşkil etdi. Tədbirdə 100-ə yaxın Türkiyə Respublikasının müxtəlif regionlarında və universitetlərində mühəndislik təhsili alan tələbələr və şirkət nümayəndələri iştirak etmişdir.

Tədbiri GəncMİİB-in sədri Polad Rüstəmov açıq elan etdi. Cənab Polad Rüstəmov tədbirin əsas hissəsinə başlamamışdan əvvəl təhlükəsizlik haqqında məlumat verdi və “Azərbaycanda Mühəndislik İmkanları” adlı təqdimata başladı. Bu təqdimatda ictimai birliyin sədri Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam verməsi və qeyd edilən sərəncama uyğun təşkil edilmiş bu tədbirdə, Azərbaycanda mühəndislik cəmiyyəti, mühəndislərin işləyə biləcəyi sektorlar, mühəndisliyin Azərbaycanda inkişafı perspektivləri haqqında danışdı.

GəncMİİB-in sədri mühəndisliyin Azərbaycandakı vəziyyəti haqqında danışdıqdan sonra sözü BP şirkətinin Tələbə və məzunların işə qəbulu üzrə qrup rəhbəri Aytən Kərimovaya və İşə qəbul şöbəsində Gənc Mütəxəssis Səbinə Sərkərovaya söz verdi. Onlar mühəndislərin hansı vəzifələrdə işləyə biləcəklərini,  karyera planları və s.məlumatlar verdilər. Daha sonra, Türkyə Respublikasında oxuyaraq BP şirkətində qeyd edilən uğurlara imza atmış eyni zamanda GəncMİİB-in sədri olan Polad Rüstəmov öz “Uğur hekayə”sini anlatdı.

Bundan sonra GəncMİİB-in əməkdaşları, şirkət nümayəndələri və tələbələr nahar fasiləsinə yollandılar. Nahardan sonra Halliburton şirkətinin İşə qəbul üzrə mütəxəssisi Vüsalə Əkbərova, Quyu karotajların analizi üzrə mühəndis Elnur Əmirov,  Baroid şöbəsinin ölkə üzrə rəhbəri Tərlan Məmmədov, Schlumberger şirkətinin Türkiyə Respubikasında Quyu servisləri karotajları üzrə rəhbəri Dian Maladi Notoadinegoro və Narmobile şirkətinin Şöbələrin İdarəedilməsi üzrə Supervayzer Samir Əmirov və Talantların cəlb olunması və idarəedilməsi üzrə Supervayzor İranə Mirzoyeva öz şirkətləri haqqında danışdılar və tələbələri maraqlandıran sualları cavablandırdılar.

Təqdimatlar hissəsindən sonra sonra şirkətlərlə yaxından münasibətin qurulması və ətraflı sualların soruşulması üçün təşkil edilmiş “Karyera sərgisi” hissəsi ilə davam edildi. Burada tələbələr hərbir şirkətə ayrılmış masalara yaxınlaşaraq Azərbaycanda həmin şirkətlərdə kayera qurmaq fürsətləri haqqında məlumat topladılar.

“Karyera sərgisi” hissəsindən sonra tədbir qapalı elan edildi, tələbələrə iştirak sertifikatı verildi və birllikdə foto çəkdirildi.

Bununla, Cənab İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq GəncMİİB-in 19 aprel Türkiyə Respublikasında İstanbul Point Hotel Barbaros-da təşkil etdiyi “Azərbaycanda Mühəndislik İmkanları” adlı tədbir müvəffəqiyyətlə başa çatmışdır.

 

 

 

 

 
 
31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür pic.twitter.com/TswmD6rAL1     LİRA 9.6 R Təlimi Ətraflı: goo.gl/kg3XRd Qeydiyyat: goo.gl/k0cxHf pic.twitter.com/afOQw7T6l9     Nəzarət Ölçü Cihazları Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/ZpYkX0 Qeydiyyat: …instrumentation.training.gencmiib.org pic.twitter.com/rHyrXIrT0l     Əziz xanımlar, BAYRAMINIZ MÜBARƏK. pic.twitter.com/Hk4LVJYAYw     Radiorabitə və mobil telekomunikasiya sistemləri Seminarı Ətraflı:goo.gl/FdR4J3 Qeydiyyat:… twitter.com/i/web/status/8…     pic.twitter.com/LaQvs9EwCh     20 YANVAR ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! pic.twitter.com/Ut1vMtRSUx     GəncMİİB-ə gedən yol: youtu.be/gzZW1Vefgvs?a via @YouTube     GəncMİİB-ə gedən yol: youtu.be/d36PWtT8Gco?a via @YouTube     Memarlıq və Dizayn kursları. Ətraflı: goo.gl/ZjsIfr Qeydiyyat: goo.gl/rf4O46 pic.twitter.com/QwlxI15hBF     ANDROİD təlimi. Ətraflı: goo.gl/1koezJ Qeydiyyat: goo.gl/4SAj2o pic.twitter.com/y3nBQU4Dnc     pic.twitter.com/WxUEFOB7bn     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. pic.twitter.com/SH6D1hfNxV     GəncMİİB Primavera P6 təlimini elan edir. Ətraflı: goo.gl/cjXaMA Qeydiyyat: goo.gl/kG8Yi6 pic.twitter.com/VVfvRJzj74     Bu gün Milli Dirçəliş Günüdür. pic.twitter.com/XUBqIz78wF     Primavera P6-nın layihələrin planlaşdırlıması və idarə edilməsi Seminarı Ətraflı: goo.gl/fqI3Sd Qeydiyyat… twitter.com/i/web/status/7…     AutoCAD kursu. Qeydiyyat: etcc.autocad.gencmiib.org Ətraflı: goo.gl/eu9uDF pic.twitter.com/jacF1NlVyq     Nəzarət Ölçü Cihazları-Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Kursu Qeydiyyat:…instrumentation.training.gencmiib.org Ətraflı… twitter.com/i/web/status/7…     Proses (Kimya) Mühəndisliyi Kursu. Qeydiyyat: etcc.process.training.gencmiib.org Ətraflı: goo.gl/MIhQCL pic.twitter.com/RXEGlWg9fO     Mexanika Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/JI5OMT Qeydiyyat: etcc.mechanical.training.gencmiib.org pic.twitter.com/x0Zg5n3hlR