GəncMİİB “MÜHƏNDİSLƏRARASI” I Futbol Çempionatı


11 May 2014-cü il – 29 İyun 2014-cü il tarixlərində “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin (GəncMİİB) təşkilatçılğı ilə keçirilən mühəndislər  arasında “I Mühəndislərarası Futbol Çempionat” turnirinə yekun vurulmuşdur. Turnirdə 80-ə yaxın mühəndis, 8 komanda olmaqla iki qrupda çempionluq uğrunda mübarizə aparmışdır. GəncMİİB-in idarə heyəti tərəfindən çempionat üçün nəzərdə tutulan qaydalar komanda üzvləri ilə paylaşılmış və münasib vaxt təyin edildikdən sonra çempionat başlamışdır. May ayının 11-də start götürən yarışın qalibi adını 29.06.2014 tarixində "G-Wolves" komandası qazanmışdır. "Khazar-Oil" 2-ci, "İstehsalat klubu" isə 3-cü yeri tutmuşdur.

Sonuncu turun oyunları başa çatdıqdan sonra oyunun keçirildiyi meydançada turnirin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov və baş katib Dəyanət Əhmədov iştirak etmişdir. Polad Rüstəmov “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən futbol çempionatının mühəndislər tərəfindən faydalarından, mühəndislərin bir-biriləri arasında səmimi mühitin yaranmasının, belə layihələrin təşkil olunması ilə daha da sıx olmasından danışmış və futbolun həm də sağlam həyat tərzini tərənnüm etdiyini bildirmişdir. GəncMİİB-in sədri Polad Rüstəmov rəhbərlik etdiyi qurum tərəfindən bu cür yarışların artıq daimi keçiriləcəyini, bununla da mühəndislərin futbola daha da yaxın olmasına, asudə vaxtlarını daha gözəl keçirməyinə nail olmaq istədiklərini bildirmişdir.

Mükafatlandırılma mərasiminə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara sertifikatlar və hədiyyələr təqdim edilməsi ilə start verilmişdir. Ən çox qol vuran futbolçu ikinci yerə çıxan “Khazar-Oil” komandasından Kamil Əlixlalov və ən yaxşı qapıcı həmin komandadan Orxan Muxtarlı seçilmişdir. Daha sonra komandalara kubok, medal, sertifikat, və hədiyyələr təqdim olunmuşdur.

 
 
31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür pic.twitter.com/TswmD6rAL1     LİRA 9.6 R Təlimi Ətraflı: goo.gl/kg3XRd Qeydiyyat: goo.gl/k0cxHf pic.twitter.com/afOQw7T6l9     Nəzarət Ölçü Cihazları Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/ZpYkX0 Qeydiyyat: …instrumentation.training.gencmiib.org pic.twitter.com/rHyrXIrT0l     Əziz xanımlar, BAYRAMINIZ MÜBARƏK. pic.twitter.com/Hk4LVJYAYw     Radiorabitə və mobil telekomunikasiya sistemləri Seminarı Ətraflı:goo.gl/FdR4J3 Qeydiyyat:… twitter.com/i/web/status/8…     pic.twitter.com/LaQvs9EwCh     20 YANVAR ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! pic.twitter.com/Ut1vMtRSUx     GəncMİİB-ə gedən yol: youtu.be/gzZW1Vefgvs?a via @YouTube     GəncMİİB-ə gedən yol: youtu.be/d36PWtT8Gco?a via @YouTube     Memarlıq və Dizayn kursları. Ətraflı: goo.gl/ZjsIfr Qeydiyyat: goo.gl/rf4O46 pic.twitter.com/QwlxI15hBF     ANDROİD təlimi. Ətraflı: goo.gl/1koezJ Qeydiyyat: goo.gl/4SAj2o pic.twitter.com/y3nBQU4Dnc     pic.twitter.com/WxUEFOB7bn     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. pic.twitter.com/SH6D1hfNxV     GəncMİİB Primavera P6 təlimini elan edir. Ətraflı: goo.gl/cjXaMA Qeydiyyat: goo.gl/kG8Yi6 pic.twitter.com/VVfvRJzj74     Bu gün Milli Dirçəliş Günüdür. pic.twitter.com/XUBqIz78wF     Primavera P6-nın layihələrin planlaşdırlıması və idarə edilməsi Seminarı Ətraflı: goo.gl/fqI3Sd Qeydiyyat… twitter.com/i/web/status/7…     AutoCAD kursu. Qeydiyyat: etcc.autocad.gencmiib.org Ətraflı: goo.gl/eu9uDF pic.twitter.com/jacF1NlVyq     Nəzarət Ölçü Cihazları-Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Kursu Qeydiyyat:…instrumentation.training.gencmiib.org Ətraflı… twitter.com/i/web/status/7…     Proses (Kimya) Mühəndisliyi Kursu. Qeydiyyat: etcc.process.training.gencmiib.org Ətraflı: goo.gl/MIhQCL pic.twitter.com/RXEGlWg9fO     Mexanika Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/JI5OMT Qeydiyyat: etcc.mechanical.training.gencmiib.org pic.twitter.com/x0Zg5n3hlR