GəncMİİB Türkiyədə keçirilən “Azərbaycanda Mühəndislik İmkanları” adlı tədbiri ilə əlaqədar olaraq tədbirdə iştirak edən şirkətlərlə görüş təşkil etdi


07 may 2014-cü il tarixində Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin ofisində  görüş keçirildi. Görüşdə 19 aprel 2014-cü ildə Türkiyə Respublikasında “Azərbaycanda Mühəndislik İmkanları” adlı tədbirdə iştirak etmiş şirkət nümayəndələri – “BP” şirkətinin Tələbə və məzunların işə qəbulu üzrə qrup rəhbəri Aytən Kərimova və İşə qəbul şöbəsinin əməkdaşı, gənc mütəxəssis Səbinə Sərkərova, “Halliburton” şirkətinin İşə qəbul üzrə mütəxəssisi Vüsalə Əkbərova, Quyu karotajların analizi üzrə mühəndis Elnur Əmirov, “Narmobile” şirkətinin Şöbələrin idarəedilməsi üzrə supervayzer Samir Əmirov iştirak etmişdir.  Görüş zamanı Türkiyədə baş tutmuş tədbirin  nəticələri iştirakçı şirkət nümayəndələri ilə birlikdə müzakirə olunmuşdur.

Əvvəlcə, Gənc Mühəndislərin İnkişafı İctimai Birliyin idarə heyətinin üzvü Hikmət Məmmədli  Türkiyə Respublikasında keçirilən “Azərbaycanda Mühəndislik İmkanları” tədbiri haqqında qısa giriş sözü  söylədi  və  həmin tədbirdə iştirak edən tələbələr haqqında statistik məlumatlar verdi. Tədbirin sonunda “Qiymətlədirmə forması”nın hazır nəticələri paylaşıldı. Daha sonra isə  görüşdə iştirak edən  şirkətlərlə bu tədbirin gələcəkdə daha da səmərəli keçməsi üçün  faydalı  fikirlər səsləndirildi, təkliflər irəli sürüldü.

Bundan  sonra GəncMİİB idarə heyəti və şirkət təmsilçiləri ilk olaraq tələbələrin qiymətləndirmə formasındakı rəylərə əsasən müzakirələrə başladılar. Müzakirələrdən də aydın oldu ki, tələbələrin əksəriyyəti  növbəti tədbirlərdə daha çox şirkətin cəlb olunması və tədbirdə neft sahəsi ilə yanaşı, qeyri-neft sahəsinin də iştirakını  arzu edirlər. Tələbələr öz rəylərində həmçinin şirkət nümayəndələrinin daha interaktiv seminarlar  təşkil etməsini və təmsil etdikləri şirkətlərin profili ilə yanaşı  işə qəbul etmə prinsiplərinə daha çox yer verməsini  arzu etmişlər.  İştirakçılar eyni zamanda   rəylərdə GəncMİİB - tələbələr və şirkətlər arasındakı əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı öz rəylərini  bildirmişlər. Son olaraq şirkətlərə səfərlər təşkil edilib GəncMİİB - tələbələr və şirkətlər əlaqəsinin güclənməsini yazdıqları qiymətləndirmə formasında diqqətimizə çatdırıblar.

Daha sonra şirkət nümayəndələri GəncMİİB idarə heyəti ilə tələbələrin rəyləri və tədbir haqqında öz fikirlərini bölüşdülər. Şirkət nümayəndələri tələbələrin bacarıqlarını inkişaf etditmək məqsədiylətexniki seminarların və simulyasiya oyunlarının təşkilini artıraraq tələbələrin bacarıqlarını inkişaf etdirmək, tələbələri sahələri üzrə qruplara ayırıb müzakirələr, seminarlar keçirtmək və tələbələrin bacarıqlarını ölçülməsi üçün proqramların keçirilməsini  vacib hesab etdilər. Qarşılıqlı müzakirə zamanı əlavə olaraq,  tələbələrin iştirakını canlandırmaq  üçün ehtiyac olduğu halda, nəqliyyat problemini GəncMİİB və şirkətlər tərəfindən qarşılıqlı şəkildə həll etməyi və şirkətlərə təşkil ediləcək səyahətləri artırmağı  nəzərdə tutmuşlar. GəncMİİB və şirkətlər tələbələrin istəklərini nəzərə alaraq  belə tədbirlərdən  birinin də Azərbaycanda keçirilməsini məqsədə uyğun saymışlar.

 
 
31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür pic.twitter.com/TswmD6rAL1     LİRA 9.6 R Təlimi Ətraflı: goo.gl/kg3XRd Qeydiyyat: goo.gl/k0cxHf pic.twitter.com/afOQw7T6l9     Nəzarət Ölçü Cihazları Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/ZpYkX0 Qeydiyyat: …instrumentation.training.gencmiib.org pic.twitter.com/rHyrXIrT0l     Əziz xanımlar, BAYRAMINIZ MÜBARƏK. pic.twitter.com/Hk4LVJYAYw     Radiorabitə və mobil telekomunikasiya sistemləri Seminarı Ətraflı:goo.gl/FdR4J3 Qeydiyyat:… twitter.com/i/web/status/8…     pic.twitter.com/LaQvs9EwCh     20 YANVAR ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! pic.twitter.com/Ut1vMtRSUx     GəncMİİB-ə gedən yol: youtu.be/gzZW1Vefgvs?a via @YouTube     GəncMİİB-ə gedən yol: youtu.be/d36PWtT8Gco?a via @YouTube     Memarlıq və Dizayn kursları. Ətraflı: goo.gl/ZjsIfr Qeydiyyat: goo.gl/rf4O46 pic.twitter.com/QwlxI15hBF     ANDROİD təlimi. Ətraflı: goo.gl/1koezJ Qeydiyyat: goo.gl/4SAj2o pic.twitter.com/y3nBQU4Dnc     pic.twitter.com/WxUEFOB7bn     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. pic.twitter.com/SH6D1hfNxV     GəncMİİB Primavera P6 təlimini elan edir. Ətraflı: goo.gl/cjXaMA Qeydiyyat: goo.gl/kG8Yi6 pic.twitter.com/VVfvRJzj74     Bu gün Milli Dirçəliş Günüdür. pic.twitter.com/XUBqIz78wF     Primavera P6-nın layihələrin planlaşdırlıması və idarə edilməsi Seminarı Ətraflı: goo.gl/fqI3Sd Qeydiyyat… twitter.com/i/web/status/7…     AutoCAD kursu. Qeydiyyat: etcc.autocad.gencmiib.org Ətraflı: goo.gl/eu9uDF pic.twitter.com/jacF1NlVyq     Nəzarət Ölçü Cihazları-Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Kursu Qeydiyyat:…instrumentation.training.gencmiib.org Ətraflı… twitter.com/i/web/status/7…     Proses (Kimya) Mühəndisliyi Kursu. Qeydiyyat: etcc.process.training.gencmiib.org Ətraflı: goo.gl/MIhQCL pic.twitter.com/RXEGlWg9fO     Mexanika Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/JI5OMT Qeydiyyat: etcc.mechanical.training.gencmiib.org pic.twitter.com/x0Zg5n3hlR