BƏYANAT:Biz Vətənimizin müdafiəsinə bütün qüvvəmizlə yanaşı, mühəndislik bacarığımızı həsr etməyə hazırıq!


“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin

BƏYANATI

 

Biz Vətənimizin müdafiəsinə bütün qüvvəmizlə yanaşı, mühəndislik bacarığımızı həsr etməyə hazırıq!

 

Mühəndislik peşəsinin ayrı-ayrı ixtisasları üzrə gənc mühəndisləri birləşdirən “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin məqsədi ölkəmizin və dünyamızın qlobal problemlərinin həlli üçün ideyalar təklif edə bilən sosial məsuliyyətli mühəndislər yetişdirməkdir. Getdikcə sıralarımız genişlənir, əlaqələrimiz böyüyür. Bütün bunlar Azərbaycanın gələcək uğurlarına hədəflənmişdir. Son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca sərhədlərimizi keçməyə cəhd etməsi və nəticədə insan tələfatına səbəb olan cinayətlərə yol verməsi bütün xalqımız kimi “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi və onun üzvlərinin dərin kədərinə səbəb olmuşdur.

Biz dünyada gedən prosesləri izləyir və Azərbaycan dövlətinin, onun başçısı Cənab İlham Əliyevin sülhməramlı niyyətlərini alqışlayırıq! Biz öz dövlətimizə, öz liderimizə inanır və bir ictimai təşkilat olaraq Vətənimizin azadlığı uğrunda öz köməyimizi etməyə hazır olduğumuzu bəyan edirik! Biz dövlətimizin, ölkəmizin inkişafı, torpaqlarımızın düşmən işğalından azad edilməsi, insan ölumlərinin dayandırılması və sülhün bərqərar olunması sahələrində aparılan siyasəti dəstəkləyirik!

Müharibələr tarixindən yaxşı bilirik ki, müdafiə istehkamları, ərazidə oriyentirləmənin üsulları, istifadə olunan texniki alətlər, mexanika bilikləri, planalma üsulları, topoqrafik xəritələr, informasiya-kommunikasiya texnologiyaları ilə işləmə bacarığı və s. bu kimi texniki bilik tələb edən məsələlərin həllində mühəndislik və texniki bacarığın rolu əvəzedilməzdir. Müasir dövrdə bu, həm də qələbəni şərtləndirən amillərdəndir.

Biz ilk azərbaycanlı hərbi topoqraf, sonralar hərbi nazir olmuş general İbrahim Ağa Vəkilovun, polkovnik Məmməd bəy Əliyevin hərbi topoqrafiya sahəsindəki xidmətlərini ehtiramla xatırlayırıq. Biz mühəndisik, qəlbimiz qurub-yaratmaq arzuları ilə coşub-daşır. Amma qurub-yaratdıqlarını qoruya bilməyəcəksənsə, bir guşədaşı qoymağa dəyməz. Bir guşədaşı qoymayacaqsansa, onu da qorumağa dəyməz.

Öz sıralarında  ölkəmizin və dünyanın ən qabacıl ali təhsil müəssisələrində mühəndislik ixtisasları üzrə təhsil almış gəncləri birləşdirən  “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi  bu məsul günlərdə Vətənimizin müdafiəsinə bütün qüvvəsi ilə yanaşı, mühəndislik bacarığını da həsr etməyə hazırdır.

Biz bu bəyanatı verməklə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi dünyanın bütün tərəqqipərvər bəşəriyyətinə, bütün beynəlxalq təşkilatlara, QHT və media qurumlarına müraciət edir, bütün beynəlxalq təbdirlərdə işğalçı siyasəti yeritdiyinə və regionda sabitliyi pozduğuna, habelə dünyanın sülh niyyətlərinə zidd addımlar atdığına görə etiraz səslərini bildirməyə, Ermənistan dövlətinə qarşı mədəni-iqtisadi sanksiyaların tətbiq olunmasına çağırırıq!

Bir daha Azərbaycan dövlətinin, onun başçısı Cənab İlham Əliyevin siyasi kursuna inandığımızı bildirərək, bir ictimai təşkilat olaraq Vətənimizin azadlığı uğrunda öz köməyimizi etməyə hazır olduğumuzu bəyan edir, şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbr diləyirik!

 

GəncMİİB-nin İdarə Heyətinin Sədri

Polad Rüstəmov 

 

 

31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür pic.twitter.com/TswmD6rAL1     LİRA 9.6 R Təlimi Ətraflı: goo.gl/kg3XRd Qeydiyyat: goo.gl/k0cxHf pic.twitter.com/afOQw7T6l9     Nəzarət Ölçü Cihazları Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/ZpYkX0 Qeydiyyat: …instrumentation.training.gencmiib.org pic.twitter.com/rHyrXIrT0l     Əziz xanımlar, BAYRAMINIZ MÜBARƏK. pic.twitter.com/Hk4LVJYAYw     Radiorabitə və mobil telekomunikasiya sistemləri Seminarı Ətraflı:goo.gl/FdR4J3 Qeydiyyat:… twitter.com/i/web/status/8…     pic.twitter.com/LaQvs9EwCh     20 YANVAR ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! pic.twitter.com/Ut1vMtRSUx     GəncMİİB-ə gedən yol: youtu.be/gzZW1Vefgvs?a via @YouTube     GəncMİİB-ə gedən yol: youtu.be/d36PWtT8Gco?a via @YouTube     Memarlıq və Dizayn kursları. Ətraflı: goo.gl/ZjsIfr Qeydiyyat: goo.gl/rf4O46 pic.twitter.com/QwlxI15hBF     ANDROİD təlimi. Ətraflı: goo.gl/1koezJ Qeydiyyat: goo.gl/4SAj2o pic.twitter.com/y3nBQU4Dnc     pic.twitter.com/WxUEFOB7bn     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. pic.twitter.com/SH6D1hfNxV     GəncMİİB Primavera P6 təlimini elan edir. Ətraflı: goo.gl/cjXaMA Qeydiyyat: goo.gl/kG8Yi6 pic.twitter.com/VVfvRJzj74     Bu gün Milli Dirçəliş Günüdür. pic.twitter.com/XUBqIz78wF     Primavera P6-nın layihələrin planlaşdırlıması və idarə edilməsi Seminarı Ətraflı: goo.gl/fqI3Sd Qeydiyyat… twitter.com/i/web/status/7…     AutoCAD kursu. Qeydiyyat: etcc.autocad.gencmiib.org Ətraflı: goo.gl/eu9uDF pic.twitter.com/jacF1NlVyq     Nəzarət Ölçü Cihazları-Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Kursu Qeydiyyat:…instrumentation.training.gencmiib.org Ətraflı… twitter.com/i/web/status/7…     Proses (Kimya) Mühəndisliyi Kursu. Qeydiyyat: etcc.process.training.gencmiib.org Ətraflı: goo.gl/MIhQCL pic.twitter.com/RXEGlWg9fO     Mexanika Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/JI5OMT Qeydiyyat: etcc.mechanical.training.gencmiib.org pic.twitter.com/x0Zg5n3hlR