Azercell Telekom MMC və “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı


Dekabrın 11-də Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində Azercell Telekom MMC və “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB) arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.
Tədbirin açılışında Azercell Telekom MMC şirkətinin prezidenti cənab Kiril Qaburiç çıxış edərək qeyd etdi ki, Azercell Telekom MMC şirkəti ilə GəncMİİB arasında bağlanan memorandum çox əhəmiyyətlidir. Azərbaycanda mühəndisliyin və mühəndislərin inkişafı, mühəndis təşəbbüskarlığının artırılması məqsədi daşıyan Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq ən yaxın zamanda konkret nəticələr verəcəkdir.

 

Daha sonra “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin sədri cənab Polad Rüstəmov çıxış etdi. Polad Rüstəmov Azercell Telekom MMC şirkəti və şəxsən cənab Kiril Qaburiçə təşəkkür edərək GəncMİİB haqqında və GəncMİİB-in hədəfləri haqqında qısa məlumat verdi, 1 il ərzində görülən işlərdən danışdı. Bildirdi ki, Azercell Telekom MMC şirkəti hər zaman dəyərləri olan şirkət olmuşdur və dəyərləri olan qurumlarla tərəfdaşlıq edərək Azərbaycan bazarında bir çox yeniliklərə imza atmışdır. Azercell Telekom MMC cəsarətli addımlar ataraq bazardakı mövqeyini artırmaqla digər müxtəlif sahələrdəki oyunçulara da dəstək göstərmişdir. 

Bu gün düzənlənən imzalanma mərasimi də Azərbaycanda mühəndislərin və mühəndislik bazasının inkişaf etməsi baxımından Azərbaycan mühəndisləri üçün çox əhəmiyyətlidir. Cənab Sədr onu da vurğuladı ki, bütün dünyada olduğu kimi qeyri-kommersiya təşkilatlarının ictimai işləri görə bilməsi üçün özəl sektorun birbaşa dəstəyinə ehtiyacı var. Bu dəstək həm özəl sektorun, həm də qeyri-özəl sektorun bütövlükdə dövlətin potensialının artırılması deməkdir. Məhz buna görə ən yuxarı səviyyədə partnyorluq müqaviləsinin imzalanması Azercell Telekom MMC şirkətinin bu məsələyə verdiyi əhəmiyyəti göstərir. Biz də “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi olaraq işimizi bu dəstəyə uyğun olaraq planlaşdırıracağımıza əminliklə deyirik.
Sonra Azercell Telekom MMC və “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.
Tədbirdə GəncMİİB-in idarə heyəti, üzvləri və tərəfdaşları iştirak etmişdir.
Sonda xatirə şəkilləri çəkdirildi.

 
 
31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür pic.twitter.com/TswmD6rAL1     LİRA 9.6 R Təlimi Ətraflı: goo.gl/kg3XRd Qeydiyyat: goo.gl/k0cxHf pic.twitter.com/afOQw7T6l9     Nəzarət Ölçü Cihazları Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/ZpYkX0 Qeydiyyat: …instrumentation.training.gencmiib.org pic.twitter.com/rHyrXIrT0l     Əziz xanımlar, BAYRAMINIZ MÜBARƏK. pic.twitter.com/Hk4LVJYAYw     Radiorabitə və mobil telekomunikasiya sistemləri Seminarı Ətraflı:goo.gl/FdR4J3 Qeydiyyat:… twitter.com/i/web/status/8…     pic.twitter.com/LaQvs9EwCh     20 YANVAR ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ! pic.twitter.com/Ut1vMtRSUx     GəncMİİB-ə gedən yol: youtu.be/gzZW1Vefgvs?a via @YouTube     GəncMİİB-ə gedən yol: youtu.be/d36PWtT8Gco?a via @YouTube     Memarlıq və Dizayn kursları. Ətraflı: goo.gl/ZjsIfr Qeydiyyat: goo.gl/rf4O46 pic.twitter.com/QwlxI15hBF     ANDROİD təlimi. Ətraflı: goo.gl/1koezJ Qeydiyyat: goo.gl/4SAj2o pic.twitter.com/y3nBQU4Dnc     pic.twitter.com/WxUEFOB7bn     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. pic.twitter.com/SH6D1hfNxV     GəncMİİB Primavera P6 təlimini elan edir. Ətraflı: goo.gl/cjXaMA Qeydiyyat: goo.gl/kG8Yi6 pic.twitter.com/VVfvRJzj74     Bu gün Milli Dirçəliş Günüdür. pic.twitter.com/XUBqIz78wF     Primavera P6-nın layihələrin planlaşdırlıması və idarə edilməsi Seminarı Ətraflı: goo.gl/fqI3Sd Qeydiyyat… twitter.com/i/web/status/7…     AutoCAD kursu. Qeydiyyat: etcc.autocad.gencmiib.org Ətraflı: goo.gl/eu9uDF pic.twitter.com/jacF1NlVyq     Nəzarət Ölçü Cihazları-Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Kursu Qeydiyyat:…instrumentation.training.gencmiib.org Ətraflı… twitter.com/i/web/status/7…     Proses (Kimya) Mühəndisliyi Kursu. Qeydiyyat: etcc.process.training.gencmiib.org Ətraflı: goo.gl/MIhQCL pic.twitter.com/RXEGlWg9fO     Mexanika Mühəndisliyi Təlimi. Ətraflı: goo.gl/JI5OMT Qeydiyyat: etcc.mechanical.training.gencmiib.org pic.twitter.com/x0Zg5n3hlR